Rusiya İstintaq Komitəsi tərəfindən Ankarada Rusiya səfirinə edilmiş sui-qəsdlə bağlı cinayət işi açılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Onun sözlərinə görə, səfir Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 360-cı maddəsi (xarici dövlətin nümayəndəsinə hücum) cinayət işi açılıb, araşdırma aparılır.
APA