XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2016 - 01:24

Rusiya XİN Andrey Karlovun qətlə yetirilməsi ilə bağlıbəyanat yayıb

rusiya-xin

Rusiya Xarici İşlər Nazirliyi Ankaradakı səfir Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Suriyadakı münaqişənin siyasi nizamlanması ilə bağlı kollektiv səyləri və Rusiya-Türkiyə münasibətlərinin normallaşma prosesinin başlanmasını pozmaq məqsədi daşıyan bu qeyri-insani cinayəti qəti qınayırıq. Türkiyə hakimiyyət orqanlarından baş vermiş cinayətin araşdırılması və təşkilatçılarının cəzalandırılması, eləcə də Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün effektli tədbirlərin görülməsi ilə bağlı Rusiya istintaq orqanlarının nümayəndələri ilə sıx əməkdaşlıq edəcəklərini gözləyirik. Öz tərəfimizdən Türkiyə hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətdə əlimizdən gələni edəcəyik ki, günahkarlar lazımı cəzanı alsınlar".  (APA)