XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Dekabr 2016 - 08:59

Berlin polisi:"Yük maşınında ölü tapılan şəxs Polşa vətəndaşıdır"

berlin-2

Berlin polisi İnsanların üstünə sürülən yük maşınında ölü tapılan kişinin şəxsiyyətini müəyyənləşdirib.

Bu, adı açıqlanmayan Polşa vətəndaşıdır.

Onun necə və hansı şəraitdə həyatını itirdiyi dəqiqləşdirilmir. Bundan əvvəl yük maşınının Polşa nəqliyyat şirkətlərindən birinə məxsus olduğu bildirilirdi.

Qeyd edək ki, ötən axşam Berlində yük maşınının Milad yarmarkasına girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Yük maşınında olan 2 nəfərdən biri  hadisə zamanı ölüb, sürücü isə saxlanılıb.  (APA)