XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

11 Sentyabr 2015 - 19:32

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi: “… ATƏT məsləhətləşmələrdə iştirakdan imtina edib”

ATET-1.jpg

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etməsi ilə bağlı açıqlama yayıb.

APA-nın məlumatına görə, açıqlamada qeyd olunub: “ATƏT-in parlament seçkiləri ilə bağlı müşahidə missiyasını göndərməkdən imtina etməsi bu strukturun öz mandatını ciddi şəkildə pozması deməkdir”.

“Azərbaycan hökuməti, ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirərək seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərib. ATƏT DTİHB qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayına dair Azərbaycan tərəfinin hazırladığı təklifləri qəbul etməyib. Təəssüf ki, ATƏT DTİHB Azərbaycan tərəfi ilə suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirakdan imtina edib. Bu cür mövqe həm ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına, həm də ATƏT-in dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan ruhuna ziddir” – deyə bildirilib.

Açıqlamada qeyd edilib ki, ATƏT DTİHB-nin müşahidə missiyasının seçkiləri izləyib-izləməməsindən asılı olmayaraq, Azərbaycan xalqı öz iradəsini şəffaf və açıq şəkildə ortaya qoyacaq.