XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 20:13

“Bunun elə özü vacib hadisədir” –Çavuşoğlu üçtərəfli görüşün təfərrüatlarını açıqladı

Çavuşoğlu 352 !!

Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Moskvadakı görüşdə Suriyanın Hələb şəhərində atəşkəs rejiminin təmin edilməsi ilə bağlı müzakirələr aparıblar.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib:

"Biz ilk dəfədir ki, bu formatda görüşürük. Bunun elə özü vacib hadisədir. Biz Hələbdə humanitar böhranı aradan qaldırmağın yolları, evakuasiya və siyasi məqamlar haqqında danışdıq".

Onun sözlərinə görə, Hələbdən 37 min insan köçürülüb.

Qeyd edək ki, bu gün 3 ölkənin XİN rəhbərləri ilə yanaşı, müdafiə nazirləri də Moskvada toplaşıb. Görüşün əsas müzakirə obyekti Suriya böhranıdır.