XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 20:32

Ziya Məmmədov Ərdoğanla birgə açılışda –FOTO

ziya-turkiye

İstanbulda Bosfor boğazından keçən “Avrasiya” tunelinin açılış mərasimi keçirilir.

Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, eləcə də Türkiyə və digər dövlətlərin rəsmi şəxsləri iştirak edib.

Qeyd edək ki, layihənin dəyəri 1,3 milyard dollar təşkil edir. Tunelin ümumi uzunluğu 5,4 kilometr, sualtı hissənin uzunluğu isə 3,34 kilometrdir. Tunelin ən dərində yerləşən hissəsi dəniz səviyyəsindən 106,4 metrdə inşa edilib.

Tuneldən gün ərzində 120 min avtomobilin keçəcəyi gözlənilir(Trend).