XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2016 - 09:22

Lavrov:“Rusiya, Türkiyə və İran Suriyada rejimin devrilməsinə can atmırlar”

lavrov-0

Rusiya, Türkiyə və İran hesab edirlər ki, Suriyada rejimin devrilməsi yox, terror təhlükəsinin aradan qaldırılması bir nömrəli prioritet olmalıdır.

Bu barədə ötən gün Suriya XİN rəhbəri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya, İran və Türkiyəni məhz bu nöqteyi-nəzər birləşdirir: “Bizim mövqelərimiz bu məsələdə üst-üstə düşür”.

Müxtəlif ölkələrin silahlı qüvvələrinin Suriyadakı əməliyyatlarda iştirak etməsi məsələsinə  gəlincə isə Lavrov bu iştirakın əsas məqsədinin terrorla mübarizə olduğunu qeyd edib: “Bu məqsəd həm Amerika koalisiyası tərəfindən, həmdə, “Ərəfat qaıxanı” əməliyyatını keçirən türkiyəli dostlarımız tərəfindən də bəyan edilib.  Bütün hallarda – istər dəvətlə, istərsə də dəvətsiz Suriyada olanların hamısı Suriya Ərəb Respublikasının suverenliyi, ərazi bütövlüyü, vahidliyi və müstəqilliyini tanıdıqlarını təsdiqləyirlər”.   (APA)