XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 11:54

7215 taksi fəaliyyəti ilə bağlıməlumat bazası hazırlanıb

Bakıda taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə (sürücülərin soyadı, əlaqə nömrələri və texniki göstəriciləri), həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb.

Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məlumat verib.

Onun sözlərinə görə, təqribi hesablamalara əsasən hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili faəliyyət göstərir:

"Bu sahədə aparılan islər nəticəsində son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumundan kənar ödənişlərin tələb edilməsi halları tamamilə aradan qaldırılıb".