XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 13:00

Bakı taksiləri vahidtarifə keçəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə süni qiymət artımını aradan qaldırmaq üçün tədbirlər görür.

Trend-in məlumatına görə, bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Agentlik bu məsələ ilə bağlı müəyyən qurumlarla danışıqlara başlayıb:

"Artıq müəyyən qurumlara təkliflər göndərilib. Bakı Nəqliyyat Agentliyində vahid taksi tarifi müəyyən ediləcək. Bundan sonra taksi şirkətlərinə göndəriləcək".

V.Kərimli bildirib ki, bu tarif müəyyən ediləndən sonra taksilərdə süni qiymət artımının qarşısı tam alınacaq.