XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 13:44

Mikayıl Cabbarovdan təklif:"Daimi şura yaradılsın"

Təhsil naziri Mikayıl Cabbarov elmi innovasiya fəaliyyətinin kommersiyalaşdırılmasını təmin etmək məqsədi ilə daimi şuranın təsis edilməsini təklif edib.

Trend-in məlumatına görə, M.Cabbarov bu təklifini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edərkən açıqlayıb.

Onun sözlərinə görə, səmərəli elmi tədqiqatların aparılmasını təmin etmək üçün ali təhsil və elmi tədqiqat müəssisələrinin müştərək istifadə edə biləcəyi elmi tədqiqat laboratoriya mərkəzlərinin yaradılmasına ehtiyac var.

Nazir hesab edir ki, belə mərkəzlərin yaradılması maliyyə vəsaitlərinə qənaət edilməsinə, həmçinin birgə fənlərarası tədqiqatların sayının və keyfiyyətinin artmasına şərait yaradacaq.

M.Cabbarov onu da əlavə edib ki, bu gün ali təhsil müəssisələrində elmin maliyyələşdirilməsi mexanizmi mövcud deyil. Nazirin sözlərinə görə, bu sahədə dövlət siyasətinin alətlər və resurslarla dəstəklənməsinə ehtiyac var.

AMEA-da magistratura təhsilinin təşkilinin elmlə təhsilin inteqrasiyası baxımından çox mühüm addım kimi dəyərləndirən M.Cabbarov qeyd edib ki, 2015-ci ildə AMEA-da magistraturada oxumaq istəyənlər üçün 7 ixtisas üzrə 20 yer, 2016-cı ildə 19 ixtisas üzrə 63 yer ayrılıb. 2017-ci ildə magistratura səviyyəsinə qəbul üçün 31 ixtisas üzrə 133 yerin ayrılması planlaşdırılır.