XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 16:58

Azərbaycan Prezidentinin köməkçisi: “Ermənilərdən mədəniyyətimizi, tariximizi qorumalıyıq”

ali

 “Bir xalqla digər xalqın qonşuluğu ona divident gətirir. Ermənilərlə qonşuluq isə Azərbaycan xalqqna təhlükə gətirib. Ermənilərdən mədəniyyətimizi, tariximizi qorumalıyıq. Bunun üçün təbliğat aparmalıyıq”.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimatında deyib.

Ə.Həsənov qeyd edib ki, Ermənilər İrəvanın tarixini saxtalaşdırıb. O bildirib ki, İrəvan şəhəri Azərbaycan xalqının etnogeninin formalaşmasında rolu olub.

Prezidentin köməkçisi bildirib ki, Qərb dövlətləri də bəzən qədim şəhərlərin dağıdılmasına göz yumurlar: “Bəzən həqiqətləri islamafob dairələrə başa salmağa çalışırıq. Ermənilər virtual məkanda yerləşdirdiyi məlumatlardan yüz dəfə artığını yerləşdirməliyik. Təbliğat işini gücləndirməliyik”.

O vurğulayıb ki, 20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinə güzəştə getməsi tarixi səhv olub : “Ermənilər də oradakı abidələri məhv etdilər”.