XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 17:15

“BakıKart” terminalları qalıq pulları qaytaracaq- Vahid ödəniş sisteminin tam tətbiqindən sonra

Bakı Nəqliyyat Agentliyinin vahid ödəniş sistemi tam tətbiq olunduqdan sonra “BakıKart” terminallarında qalıq pulların qaytarılması mümkün olacaq.

Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, “BakıKart” terminalları quraşdırılan zaman 17 ölkənin təcrübəsindən istifadə olunub. Avropa və bizə yaxın ölkələrin təcrübəsində də bu proses nəzərdən keçirilib və həmin ölkələrin nəqliyyat institutları ilə görüş zamanı məlum olub ki, bu fakt ciddi problem yaratmır.

V.Kərimli qeyd edib ki, qalıq pulun qaytarılması zamanı “BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər. Bu hal nəzərə alınaraq Bakı Nəqliyyat Agentliyinin vahid ödəniş sistemi tam tətbiq olunduqdan sonra “BakıKart” terminallarının müəyyən məbləğə qədər qəbul etməsi və müəyyən məbləğə qədər qaytarması məsələsinə keçiləcək. Hazırda bu istiqamətdə işlər görülür.