XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 18:59

Tanınmış rus siyasətçisi güllələnmiş səfirdən yazdı:“Rusiya bütün sünni dünyasını özünə qarşı qaldırıb”

yavlinski

 “Rusiya rəhbərliyi Əsəd rejimini xilas edərək və  keçmişdən sovet-amerika qarşıdurmasının qüdrətli ruhunu çağırmaqla ölkəni böyük miqyaslı münaqişəyə soxub. Bu münaqişə isə onun döyüş meydanından uzaqda olan bütün iştirakçıları üçün qeyri-sabitlik  yaradır”.

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın tanınmış siyasətçisi, “YABLOKO” partiyasının lideri Qriqori Yavlinski Ankarada Rusiya səfirinin öldürülməsini şərh edərkən bildirib.

 Yavlinskinin sözlərinə görə, Rusiya özünə qarşı təkcə Əsəd əleyhdarlarını yox, bütün sünni dünyasını qaldırıb: “Bura həm Türkiyə, həm də Rusiya müsəlmanları aiddir. Bizim girdiyimiz Suriya müharibəsində Rusiya heç bir şeyə nəzarət etmir. Böyük iqtisadi itkilərin, həmçinin ciddi potensial təhlükələrin hesabına Rusiya Hələbdə Əsədin nəzarətini təmin etdi.  Hələlik bu qələbə sayılır. Amma  bir neçə ay əvvəl Palmiranın azad edilməsini də “qələbə” elan etmişdilər”.

Onun fikrincə, dünya ictimaiyyəti və sünni əksəriyyətin fikrincə, Suriyada dinc əhalinin ölümünə görə ruslar məsuliyyət daşıyır.