Ermənistanda hakim Respublikaçılar Pariyasının parlamentə keçiriləcək seçkilərdə proporsional siyahıdakı ilk üç namizədi haqqında məlumat yayılıb.
Keçmiş baş nazir, Respublikaçılar Partiyasının sədr müavini Ovik Abramyanın adı ilk üçlükdə yoxdur.
Həmin siyahıya ölkə prezidenti Serj Sarqsyan, baş nazir Karen Karapetyan və müdafiə naziri Vigen Sarkisyan başçılıq edir. Siyahıda 4-cü yerdə ədliyyə naziri Arpine Ovannisyan, 5-ci yerdə isə Ovik Abrmaynın olacağı ehtimalı böyükdür.
Qeyd edək ki, 2017-ci ilin aprelində Ermənistanda parlament seçkilərinin keçirlicəyi gözlənilir. (Report)