XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 09:57

Nazarbayev prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik etdi

Nursultan Nazarbayev

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Azərbaycan Respublikası bu qısa tarixi dövrdə böyük nailiyyətlər əldə edib, dünya birliyinin fəal və nüfuzlu üzvü olub.

Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qonşuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə möhkəmlənməkdə davam edəcək.

Fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram".