XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 16:16

Azərbaycan sənədləri İrana təqdim edib –Rəşt-Astara layihəsinin tikintisinə dair

rels

Gələn ay Azərbaycanın İqtisadiyyat Nazirliyi və İranın Yol və Şəhərsalma Nazirliyinin rəsmiləri arasında görüş baş tutacaq.

Bunu İranın yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyyə Kaşane deyib.

Nazir müavinin sözlərinə görə, görüşdə Rəşt-Astara dəmir yolunun tikintisinə dair müzakirələr aparılacaq. Bununla yanaşı, layihənin maliyyələşdirilməsi məsələsi də müzakirə predmeti olacaq. "Görüşdə layihənin maliyyələşdirilməsinə dair müqavilənin imzalanması da nəzərdə tutulub. Rəşt-Astara dəmir yolu xəttinin tikintisini Azərbaycan təmin edəcək. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu günlərdə bununla bağlı rəsmi sənədləri bizə təqdim edib. Hazırda bizim tərəfimizdən müvafiq dəyərləndirmə işləri aparılır", – deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, hər iki ölkənin mərkəzi bankları müqaviləyə dair öz rəylərini bildirəcəklər.

"Layihə ilə bağlı çərçivə sazişi İranın rabitə naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezinin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Sənədə əsasən, Azərbaycan Beynəlxalq Bankı layihənin reallaşdırılması üçün 500 milyon dollar məbləğində kredit ayıracaq", – deyə o bildirib.  (APA)