XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 16:51

XİN:"Konstantin Zatulin ənənəvi dostluqdan ciddi narahatlıq keçirir

Hikmət

 Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya parlamentin üzvü Konstantin Zatulinin Yerevanda səsləndirdiyi fikirləri şərh bildirib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, H.Hacıyev deyib ki, Ermənistan və erməni lobbi dairələrinin aləti olan K.Zatulin Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin və mehriban qonşuluğun dinamik və ardıcıl inkişafından, eləcə də xalqlarımızı birləşdirən ənənəvi dostluqdan ciddi surətdə narahatlıq keçirir.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hərtərəfli inkişafından məlumatı az olan K.Zatulinin bu mənada narahatçılığı və məyusluğu daha da artmalı olacaqdır.

"Çünki Azərbaycan və Rusiya arasında xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün çoxsaylı və böyükmiqyaslı yeni layihələrimiz və təşəbbüslərimiz vardır", – deyə, H.Hacıyev bildirib.

Qeyd edək ki, deputat K.Zatulin ermənipərəst mövqeyi ilə seçilir.