XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 17:14

Bakı ətrafında bir neçə ali məktəbin yaradılması təklif olunur

baki-1

Bakı şəhərinin 2035-ci ilədək Ərazidən İstifadə və Zonalaşdırma Planına (baş plan) əsasən, Bakıətrafı ərazilərdə bir neçə ali məktəbin və onların filialının yaradılması nəzərdə tutulub.

Sənəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

Qeyd edilən müddətədək Ələt qəsəbəsində biznes idarəçiliyi üzrə ixtisaslaşmış yeni universitetin yaradılması təklif edilir. Bununla yanaşı, Ələtdə ticarət, Qobustanda isə metallurgiya sektorları üzrə ixtisaslaşmış peşə təhsili müəssisələri yaradıla bilər.

Baş planda qeyd edilib ki, 2035-ci ilədək Mərdəkan qəsəbəsində kənd təsərrüfatı, turizm, və səhiyyə sektorları üzrə ixtisaslaşmış universitetin yaradılması məqsədəuyğundur. Zirə qəsəbəsində isə Mərdəkanda təklif edilən universitetin filialı açıla bilər. Bundan başqa, Türkan qəsəbəsində turizm sektoru üzrə ixtisaslaşmış peşə məktəbinin yaradılması da təklif edilir.

Sənədin müəllifləri hesab edir ki, Lökbatanda və Xırdalanda fəaliyyəti yerli əmək bazarı tələbləri ilə uyğunlaşan peşə məktəblərinin yaradılması məqsədəuyğundur.  (APA)