XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 17:42

Avropa Oyunları ilə bağlı yenilik:“Yol xərclərini Avropa Olimpiya Komitəsi öz üzərinə götürəcək”

andrey

II Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2019-cu ildə Belarusda təşkil olunacaq yarışa Minskin “Dinamo” stadionunda start veriləcək.

Bunu Minsk meri Andrey Şorets açıqlayıb.

Belarusun idman və gənclər naziri Aleksandr Şamko isə paytaxtının Avropa Oyunlarına hazırlığında böyük xərclərin tələb olunmadığını vurğulayıb: “Biz onsuz da planlarımızda olan infrastrukturu yekunlaşdırmalıyıq. Məsələn, “Dinamo” stadionunun rekonstruksiyası 2017-ci ili sonunda başa çatmalıdı. Ümumilikdə, yarışlar tək Minskdə deyil, şəhərdən kənarda da keçiriləcək. Paytaxt 12-14 idman növünə ev sahibliyi edəcək. Bunlar arasında avarçəkmə, döyüş növləri, bədii gimnastika və batutdan tullanma kimi növlər olacaq. Rəqəmlər, kəmiyyət dalınca qaçmayacağıq. Əsas keyfiyyət yarışın ürəklə təşkil olunmasıdı”.

Şamkonun sözlərinə görə, idmançıların bütün yol xərclərini Avropa Olimpiya Komitəsi öz üzərinə götürəcək: “Teleyayımla isə milli, beynəlxalq və Avropa olimpiya komitələrinin birgə layihəsi olan yeni televiziya məşğul olacaq. Xərclərin bir qismi qitə qurumunun üzərinə düşəcək. Ümumilikdə isə bu məbləğ 30-40 milyon edəcək”.

Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda keçirilib.