XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 17:46

Rüfət Səfərovun şikayəti təmin edilmədi –Məhkəmə prosesi

rufet-seferov

Bu gün Şirvan Apelyasiya Məhkəməsində Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Ələkbər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun apelyasiya şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbsə alınıb.

Hökmdən Rüfət Səfərov apelyasiya şikayəti vermiş, şikayətində bəraət hökmünün çıxarılmasını istəmişdi. 

Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) – təkrar törədildikdə) cinayət işi başlanıb.