XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 20:25

Rus səfirin qətlində FETÖ izi aşkarlandı –Polis komissarı və beş əməkdaşda şifrəli proqram tapıldı

terror

Rusiya səfirinin öldürülməsi üzrə aparılan istintaq müəyyən edib ki, qatil, polis əməkdaşı Mövlüd Altıntaşın tanışları  Fətullah Gülən tərəfdarlarının şifrəli məlumatlar üçün istifadə etdikləri ByLock proqramından istifadə ediblər.

Strateq.az bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mötəbər mənbənin agentliyə verdiyi məlumata görə, Ankara baş prokurorluğunun əməkdaşları qatilin mobil telefonundakı məlumatları öyrəniblər. Nəticədə cinayətkar Mövlüd Altıntaşın tanışları olan beş polis əməkdaşının, komissar və komissar müavininin adıçəkilən şifrəli proqramdan istifadə etdiyi müəyyənləşdirilib. Bu şəxslər 16 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyə DİN sistemindən xaric olunublar. Hazırda bu şəxslərin Altıntaşla əlaqələri təhqiq olunur.