XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2016 - 01:08

Trampın qızına hücum etdilər –Təyyarədə

tramp-4

JetBlue aviaşirkətinə məxsus reysin sərnişini ABŞ prezidenti seçilmiş Donald Trampın qızı İvankaya onun uşaqlarının yanında hücum çəkib və ağır söyüşlərlə təhqir edib.

Bu barədə New York Post qəzeti xəbər yayıb.

Həmin şəxs təyyarə salonuna ondan sonra girib və dərhal da qadına hücum çəkərək əl-qol atmağa, İvankanı təhqir etməyə başlayıb. O anlarda prezidentin qızı əsasən, qorxmuş uşaqlarını sakitləşdirməyə çalışıb.

Demə, amerikalı sərnişini ən çox hiddətləndirən İvankanın onlarla eyni reyslə uçması olub: “"Sənin atan ölkəni idarə edir. Sən niyə buradasan? Sən öz şəxsi təyyarəndə uçmalısan".

Məlumatda deyilir ki, bort bələdçiləri “qızmış” sərnişini təyyarədən endiriblər. Onlar öz hərəkətlərini həmin sərnişinin hava gəmisində olma qaydalarını pozması ilə əsaslandırıblar.

Virtualaz.org