XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 10:37

«Azərbaycan Dəmir Yolları» gücləndirilmiş iş rejiminə keçəcək –Bayrama görə

demiryol

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya bildirib ki, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək: “Sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.