XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 11:05

Əmanətlərin Sığortalanması Fondunda dəyişikllik –ABB sədrinə daha bir vəzifə verildi

xalid-ehedov

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik olub. 

Fonddan verilən məlumata görə, Xalid Əhədov Şuranın üzvü seçilib.

X. Əhədov dekabrın 8-dən etibarən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O bu vəzifədə Elmar Məmmədovu əvəzləyib.

E. Məmmədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılandan sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasından da kənarlaşdırılıb. E. Məmmədovun Şuradakı səlahiyyətlərini müvəqqəti olaraq ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev icra edib.

APA