XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 14:43

Putin ABŞ-dakı seçkilərə müdaxilə ittihamını rədd etdi:“Hakerlər baş verən manipuliyasiyanın üstünü açdılar”

putin-press

“Uduzan tərəf həmişə günahkarı kənarda axtarır. Demokratlar seçkidə uduzmağının səbəbini özlərində axtarsınlar”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Putin bu gün keçirdiyi geniş mətbuat konfransıda BBC-nin Moskvanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı sualını cavablandırarkən deyib.

Putinin sözlərinə görə, ABŞ-ın Demokratlar Partiyasının kompüterinə Rusiyadan olan haker hucumu barədə səslənən ittihamlar yersizdir:

“Bəlkə o hakerlər başqa ölkədə olublar? Bu bəyəm əsas məsələdir?

Əsas məsələ başqadır: Hakerlər Demokrat partiyasında baş verən manipuliyasiyanın üstünü açdılar. Hakerlər bəyəm nəyi isə saxtalaşdırıblar? Bundan sonra Demokratlar partiyasnın seçki komitəsinin rəhbəri istefa verdi.

Bu, onu göstərdi ki, hakerlərin ortaya çıxartdığı düzdür. Demokrat partiyasının rəhbərləri Amerika xalqından üzr istəmək əvəzinə, hay-küy salırlar”.

Putin həmçinin ABŞ prezidenti Obamanın ona seçkiyə müdaxilə etməmək barədə “qırmızı telefon”la zəng vurması barədə yayılan məlumata da toxunub.

  Putinin sözlərinə görə, o, heç vaxt Obama ilə göz-gözə danışdıqlarını publik şəkildə danışmır.

“Mənim guya Obama ilə danışıdığımı onun köməkçisi söyləyib. Mənim də Obama ilə nə danışdığımı köməkçimdən soruşa bilərsiniz”.