XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 20:26

Liviya təyyarəsini qaçıran şəxslər təslim oldu –Maltanın baş naziri açıqladı

teyyare

Liviya təyyarəsini qaçıran şəxslər Malta hökumətinə təslim olublar.

Bunu Maltanın baş naziri Cosef Muskat bəyan edib.

“Cinayətkarlar təslim olub, onların üzərində axtarış aparılıb və həbs ediliblər“, – deyə C.Muskat bildirib.

Onun sözlərinə görə, son ekipaj üzvləri təyyarəni tərk edib. Bundan əvvəl təyyarəni qaçıranlar sərnişinləri sərbəst buraxıb(APA).

Qeyd edək ki, bu gün “Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub.