XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 09:35

İsrail iki ölkədən səfirlərini geri çağırır –Səbəb

israel-flag

İsrail hökuməti iki ölkədəki səfirlərini geri çağırmaq qərarına gəlib.

Bunu baş nazir Benyamin Netanyahunun mətbuat katibliyi bəyan edib

“Baş nazir İsrailin Seneqal və Yeni Zelandiyadakı səfirlərini təcili olaraq məsləhətləşmələr üçün geri çağırır”, məlumatda bildirilir.

Bununla yanaşı İsrailin xarici işlər nazirliyini Seneqal üçün nəzərdə tutulan yardım proqramlarını dondurmaq tapşırılıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib. Müvafiq qətnamə layihəsi Təhlükəsizlik Şurasına Seneqal və Yeni Zelandiya tərəfindən çıxarılıb.  (APA)