XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 11:09

Neftin qiyməti 52 həftəlik maksimumuyeniləyib

oil

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar artaraq 53,02 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 55,16 dollar olub.

Bununla da neftin qiyməti 52 həftəlik maksimumu yeniləyib. Belə ki, sonuncu dəfə 2015-ci ilin iyulunda “qara qızıl”ın qiyməti bu həddə olub.

Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının artması xəbərindən sonra ucuzlaşan “qara qızıl”ın sonradan bahalaşmasına səbəb kimi OPEC ölkələrinin hasilatın müəyyən səviyyədə dondurulması ilə bağlı qərarı göstərilir.  (APA)