XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 11:15

Kadırov:“Putin 2018-dən sonra da prezident olmalıdır”

kadirov-vs-putin

Vladimir Putin 2018-ci ildən sonra da Rusiya prezidenti olmalıdır.

Bu sözləri öz İnstaqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb. O, Putinin Rusiyanı dərin böhrandan çıxara biləcəyini söyləyib:

“Çeçenistanın bütün əhalisi adından öz fikrimi deməyi vacib hesab edirəm. Vladimir Vladimiroviç növbəti seçkidə bizim ümumxalq namizədimiz olmalıdır. O, 2018-ci ildən sonra da prezident olmağa davam etməlidir. Mən niyə bu haqda danışıram? Ona görə ki, xalqın fikrini bilirəm. ABŞ və NATO-nun düşmənçilik fəaliyyətini və Rusiyanı nəinki üçüncü dünya, hətta onuncu dünya ölkəsinə çevirmək hədəflərini nəzərə alsaq, Putinin prezidentlik məsələsinə başqa cür yanaşması qeyri-müəyyən nəticələrə səbəb ola bilər”.  (Axar.az)