XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 12:33

Sabah hava necə olacaq?- PROQNOZ

yagis

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90% təşkil edəcək.

Dekabrın 25-də Azərbaycanın rayonlarında bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.