XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 14:58

Yenicag.ru saytıfəaliyyətə başladı

yeni-caq-rus

Yenicag.ru domeni ilə fəaliyyət göstərəcək informasiya saytı rus dilinin əhatə etdiyi geniş oxucu auditoriyasını ən son, aktual və ətraflı materiallarla təmin etməyi hədəfləyir.

Yenicag.ru saytı planetimizin hər bir guşəsində baş verən hadisələri, onların xülasəsini, informasiya və analiz şəkilində rusdilli auditoriyaya operativ şəkildə çatdıracaq. Avropa, Asiya, Türk dünyası, Yaxın Şərq və dünyanın digər bölgələrində baş verən maraqlı hadisələr haqqında öz oxucularına əhatəli məlumat verəcək. Bundan əlavə saytda zəngin elektron kitabxana bölməsi də mütaliə sevən oxucuların xidmətində olacaq.

Yenicag.ru saytı bundan başqa Yaxın və Orta Şərq regionunda gedən hərbi-siyasi proseslərin işıqlandırılması, erməni diasporasının nəzarətində olan kifayət qədər tirajlı və populyar elektron KİV-lərin Azərbaycan və Türkiyə əleyhinə təbliğatına qarşı da bir lokomotiv rolunu oynayacaq.

Sayt Türk-İslam coğrafiyasında baş verənlərin  işıqlandırılması, Türk-İslam dünyasına qarşı aparılan  psixoloji-informasiya müharibəsinin qarşısının alınması üçün də mükəmməl konsepsiyaya malik bir informasiya resursu olacaqr.

Qeyd edək ki, Yenicag.ru lahiyəsinin rəhbəri Aqil Ələsgər, redaktoru Qafqaz Ömərovdur. 

Strateq.az