XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 15:15

Gürcüstan Prezidenti İlham Əliyevitəbrik etdi

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqi, rifah və uğurlar əldə edib.

Gürcüstan Sizin ölkənizlə dostluq əlaqələrinə böyük əhəmiyyət verir. Əminəm ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq, strateji tərəfdaşlıq və xalqlarımız arasındakı çoxəsrlik dostluq əlaqələri birgə səylərimiz nəticəsində daha da güclənəcək və dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı ifadə edərək xoşbəxtlik, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".