XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 15:40

Baş Prokurorluğun Mətbuat xidməti ayrıca struktur kimifəaliyyət göstərəcək

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti bundan sonra ayrıca struktur kimi fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Baş Prokurorluğun strukturunda Mətbuat xidməti və İnformasiya-kommunikasiya texnologiyaları idarəsi yaradılıb. Mətbuat xidməti şöbə səlahiyyətli olacaq.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həmin vəzifəyə 2008-ci ildə təyin edilib. Bundan əvvəl isə o, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsində prokuror vəzifəsində işləyib.