XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 17:42

Orqan və toxumalarının transplantasiyası ilə əlaqəliŞura yaradılıb

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası işinin təşkili məqsədi ilə Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura yaradılıb.

Lent.az-ın  məlumatına görə, əmrə əsasən Şuranın tərkibi təsdiq edilib.

Şuraya Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar əsas götürülərək insan orqan və toxumalarının transplantasiyası işinin əlaqələndirilməsi, spesifik müayinələrin aparılması, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında həyata keçirilməsi işinin təşkilinin təmin edilməsi tapşırılıb.
 
Əmrdə qeyd edilib ki, Şura transplantologiya işinin təkmilləşdirilməsi sahəsinə, habelə donor bankının yaradılması üzrə təklifləri Səhiyyə Nazirliyinə təqdim edəcək.