XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 12:47

Gəncə-Göygöl yolu yenidənqurulacaq

2017-ci ildə Gəncədə icra olunacaq böyük infrastruktur layihələrindən biri kimi, Göygöl yolunun yenidən qurulmasına başlanılacaq.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 44 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində şəhər ictimaiyyəti ilə görüşündə məlumat verib.

İcra hakimiyyətinin başçısı bildirib ki, Göygöl Azərbaycanın əvəzsiz sərvəti, turistlərin sevimli istirahət məkanıdır. Son illər Gəncəyə gələn çoxsaylı yerli və xarici qonaqların ilin bütün fəsillərində təbiətin bu füsunkar guşəsinə rahat şəkildə gedib zövq almaları üçün şəhərdən Göygölədək olan yol yenidən qurulacaq.