XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 19:36

Lütfi Zadə İlham Əliyevitəbrik etdi (Mətn)

Dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniyanın Berkli Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü Lütfi Zadə Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Əziz Prezident İlham Əliyev. Mən doğum gününüz münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı xalqın rifahı naminə ən yüksək bilik, siyasi bacarıq ilə idarə etmisiniz və hazırda da idarə edirsiniz. “Eurovision” mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının və digər beynəlxalq tədbirlərin Sizin dəstəyinizlə keçirilməsi xüsusilə diqqətəlayiqdir. Dünyada çaxnaşmaların baş verdiyi bir vaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca nəzərəçarpan nailiyyətdir.

Sizə və ailənizə Yeni il təbriklərimi, ən xoş arzularımı da çatdırmaq istərdim.

Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən və gördüyünüz işlərdən olduqca məmnunam. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan çox şanslıdır.

Ən dərin hörmət, ehtiram və xoş arzularla, Lütfi Zadə".