XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 22:18

Qəzada ölən hərbçilərin cəsədləriMoskvaya gətiriləcək

r1

Soçi yaxınlığındakı qəzanın qurbanlarının cəsədlərini daşıyan ilk təyyarə Moskvaya dekabrın 26-da yola düşəcək.

Bu barədə TASS agentliyinə məlumatlı mənbə bildirib.  

“Güman edirəm ki, ilk təyyarəni sabah Moskvaya göndərəcəyik”, deyə mənbə bildirib.

İndiyədək  təyyarə qəzasında ölənlərdən 11-nin meyiti sudan çıxarılıb.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində böyük ehtimal ki, sərnişinlərdən sağ qalan olmayıb.