XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2016 - 00:13

Ağaxan Abdullayev harada dəfn olunacaq? –Ailəsindən açıqlama

agaxan

Xalq artisti, görkəmli muğam ustası Ağaxan Abdullayev dekabrın 26-da Türkan qəbiristanlığında dəfn olunacaq.

Bu barədə  muğam ustasının qardaşı oğlu Vəlixan Abdullayev verib.

O, bildirib ki, sənətkarla vida mərasimi sabah saat 14:00-da Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında olacaq: «Ağaxan müəllim vəsiyyət etmişdi ki, məni kəndimizin qəbiristanlığında, atamın-anamın yanında dəfn edin. Onun vəsiyyətini yerinə yetirmək borcumuzdur. Ona görə də vəsiyyətinə uyğun olaraq sabah Türkanda kənd qəbiristanlığında torpağa tapşıracağıq. Xalq artistinin üç mərasimi dekabrın 27-də Təzə Pir Məscidində keçiriləcək".

Qeyd edək ki, A. Abdullayev bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Şair xərçəng xəstəliyindən əziyyət çəkirdi.  

APA