XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 00:47

Netanyahu ABŞ -dan izahat tələb etdi –Bitərəf qalması ilə bağlı

netanyahu

İsrail baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ-ın Tel-Əvivdəki səfiri Dan Şaprionu Nazirlər Kabinetinə çağırıb.

Netanyahu səfirdən ABŞ-ın səsvermə zamanı bitərəf qalması ilə bağlı izahat verməsini istəyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb. (Axar.az)