XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

25 Mart 2015 - 06:07

Erməni hərbçisi niyə Azərbaycan tərəfə keçib?

Həmkəndliləri Andranik Qriqoryanı yaxşı oğlan kimi tərifləyiblər

Xəbər verdiyimiz kimi, martın 22-də erməni hərbçisi Andranik Qriqoryan silah-sursatını tərk edərək cəbhə xəttini keçib və Azərbaycan ordusuna pənah gətirib.

Hazırda Ermənistan KİV bu faktı gen-bol şərh etməklə məşğuldur.

Strateq.az Armeniya today xəbər portalına isnadən bildirir ki, hərbçinin valideynləri övladlarının hərbi xidmətdə problemləri olduğunu Azatutyun radiosuna söyləyiblər: “Oğlumuz son dəfə evə gələrkən qanı qaraydı, əhvalının niyə pis olması haqda suallara cavab vermirdi”.

Andranik Qriqoryan Martuni bölgəsinin Berdaşen kəndində anadan olub. Kəndin başçısı Harik Sərkisyan Azatutyun-a bildirib ki, Andranikin hərəkətlərinin səbəbini başa düşə bilmir: “Kənddə böyükdən-kiçiyə hamı bu oğlanı söyür, onu kəndimizin ən axırıncı tör-töküntüsü sayırlar. O, doğrudan da, belə bir anormal addım atıb erməni millətini sataraq türklərin tərəfinə keçibsə, onda ancaq bir söz deyə bilərəm: o dəlidir”.

Həmkəndliləri Andranik haqqında ümumən müsbət sözlər söyləyib bildiriblər ki, ondan heç vaxt pislik görməyiblər.

Nəşr yazır ki, hazırda erməni tərəfi fakt üzrə təhqiqata başlayıb.