XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 14:25

AMEA prezidentinin səhhəti ilə bağlı açıqlama:“Akif Əlizadə yaşlı adamdır, durub kimləsə dalaşmayacaq ki?!"

akif-elizade-zedeli

Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi Zülfüqar Fərzəliyev AMEA prezidenti Akif Əlizadənin gözünün göyərməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Zülfüqar Fərzəliyev AzVision.az-a bildirib ki, Akif Əlizadə heç kimlə dalaşmayıb.

“Akif Əlizadə yaşlı adamdır. O, durub kimləsə dalaşmayacaq ki? Başqa bir şey də olmayıb. Sadəcə gözündə balaca qızartı vardı, bu da keçib gedib”. 

AMEA rəsmisi qeyd edib ki, Akif Əlizadə mətbuatda yazılığı kimi gözündən əməliyyat olunmayıb. “Hazırda vəziyyəti yaxşıdır. Yaşlı adamdır, işə maşınla gedib-gəlir. Gözü bir balaca qızarmışdı, həkimə göstərdi, dedilər ciddi problem yoxdur. Jurnalistlərə demək istəyirəm ki, narahat olmasınlar, hər şey qaydasındadır. 

Akif müəllimin özünə bu haqda söz deyəndə gülür. Deyir ki, məsələni niyə bunu bu qədər şişirdirlər. Hesab edirəm ki, medianın AMEA-nın prezidenti haqqında belə fikirlərə yer verməsi düzgün deyil. Akademik Maqsud Əliyevlə vida mərasimi keçiriləcək və Akif Əlizadə orada olacaq. Hamı görəcək ki, daha gözündə heç nə yoxdur”. 

Qeyd edək ki, AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası zamanı Akif Əlizadənin gözün göyərməsi diqqətdən yayınmayıb.