XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 15:10

Kəmaləddin Heydərov şikayətçiləri qəbul etdi, tapşırıqlar verdi –Biləsuvarda

kamal-00-1

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Biləsuvarda Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Strateq.az xəbər verir ki, qəbulda Şirvan şəhər, Biləsuvar, Salyan və Neftçala rayon sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bəzi məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.