XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 15:43

ETSN-dən təhlükə xəbərdarlığı:"Ölkədəki sürüşmə sahələri aktivləşib"

torpaq-surusmesi-ismayilli

Azərbaycanda sürüşmə sahələrində monitorinq işləri davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib ki, monitorinqlərin ilkin nəticələrinə əsasən, respublikada mühüm sürüşmə sahələrində aktivlik müşahidə olunur.

S. Əmiraslanov sürüşmə sahələrinin aktivləşməsinə meteoroloji amillərin səbəb olduğunu qeyd edib: “Biz hazırda Şamaxıda sürüşmə sahələrində müşahidələr aparırıq. Sabah cənub bölgəsindəki sürüşmə sahələrinə baxış keçiriləcək. Ayın sonunda isə respublika üzrə mühüm sürüşmə sahələrindəki vəziyyətlə bağlı geniş bülleten hazırlanacaq”.  

APA