XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 17:49

İstifadəsiz torpaq sahələrinin 5%-i mənzil təminatı üçün cəlb ediləcək –Rəsmi

torpaq

Strateji Yol Xəritəsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün istifadəsiz torpaq sahələrinin 5%-nin dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur.

Bu, Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi nəticəsində layihələrin icra xərclərinin 10% azaldılması, seçilmiş sosial qrupa daxil olan ailələrin 10%-nin növbəti 10 ildə mənzillə təmin olunması, urbanizasiya probleminin azalması gözlənilir.

Bundan başqa, görüləcək tədbirlər nəticəsində bu günədək mənzillə təmin edilməmiş qaçqın və ya məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşması nəzərdə tutulur. 

APA