XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 20:21

Gürcüstanda azərbaycanlı deputat Vahid Milli Hərəkat partiyasınınsıralarını tərk edib

az%c9%99r

Gürcüstan parlamentinə proporsional qaydada deputat seçilən Azər Süleymanov Vahid Milli Hərəkat partiyasını tərk edib.

Bu barədə yerli mətbuat xəbər yayıb.

A. Süleymanovun “Gürcüstanın Avropa Gələcəyi Naminə” parlament fraksiyasına daxil olduğu bildirilir.

Yerli mətbuata açıqlama verən A. Süleymanov qərarının partiya daxilində baş verən münaqişə ilə bağlı olmadığını bildirib: “Mən artıq partiyanın Siyasi Bürosunun üzvü deyiləm. Partiyadan çıxan yalnız mən deyiləm”.

A. Süleymanov Milli Hərəkat Partiyasının qurultayında heç bir qarşıdurma olmayacağını bildirib.

Qeyd edək ki, azərbaycanlı deputatlardan Ruslan Hacıyev bu gün parlamentdə qeydiyyatdan keçən "Gürcü Arzusu – mühafizəkarlar" fraksiyasının, Savalan Mirzəyev isə “Gürcü Arzusu-sosial demokratlar” fraksiyasının üzvü olub.  (APA)