XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 21:57

“Tu-154″də qəzaya düşən daha iki hərbçinin cəsədi tapıldı –Axtarış davam edir

teyyare rus

Ötən gün Qara Dənizdə Rusiyaya məxsus Tu-154 təyyarəsi qəzaya uğradığı yerdə xilasediclər daha iki meyit tapıblar.

Meyitləri daşıyan təyyarə artıq Moskvaya çatıb, burada genetik ekspertiza keçiriləcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, təyyarənin qalıqları sahildən 1700 metr dərinlikdə aşkarlanıb. Təyyarənin "qara qutusu" tapılmayıb(Teleqraf.com).

Qeyd edək ki, dünən Suriyadan Moskvaya uçan təyyarədə 92 sərnişin olub. Onlardan 64-ü Aleksandrov ansamblının artistləri, 9-u telejurnalistdir. Qəzaya uğrayanlardan 13-nün meyiti tapılıb.