XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 22:35

“Rusiyada yaşayan azərbaycanlılar bütün sahələrdə çalışırlar” –Polad Bülbüloğlu

polad

"Rusiyada yaşayan və çalışan azərbaycanlıların vəziyyətinin yaxşı olması üçün əlimizdən gələni əsirgəmirik. Çalışırıq ki, Azərbaycanı Rusiyada yaxşı təbliğ edək. Rusiyada yaşayan azərbaycanlılar bütün sahələrdə çalışırlar".

Bu sözləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan səfirliyinin gördüyü işlər göz qabağındadır.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıların ünvanladığı təhqiramiz fikirlərə gəlincə, səfir bu barədə açıqlama vermək istəmədiyini deyib(Ölkə.az).

Xatırladaq ki, dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb.

Bununla bağlı millət vəkilinin "Azadlıq" radiosuna verdiyi müsahibədə bildirib ki, Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb.

“Səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”, – deyə millət vəkili bildirib.