XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 11:27

FHN qaz xəttində baş vermiş partlayış barədə məlumat yaydı –Xəsarət alan yoxdur

qaz-part

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonu ərazisində qaz xəttində baş vermiş partlayış barədə məlumat yayıb.

 Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.  Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

 Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.