XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2016 - 11:47

Biləsuvarda 28 yaşlı çobanı öldürən qadın tutulub

bilesuvar

Daxili İşlər Nazirliyi Biləsuvarda törədilən qətllə bağlı məlumat yayıb.

 DİN-in yaydığı xəbərə görə, dekabrın 26-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva tutulub.