XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2016 - 12:11

Mərkəzi Bankda keçirilən bu günkü hərracda dollar bahalaşıb

bank

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

 AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7622 məzənnəsi ilə başlayıb və 1,7662 məzənnəsi ilə yekunlaşıb. Beləliklə, dolların məzənnəsi 0,27% möhkəmlənib.

 Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7622 səviyyəsində müəyyənləşdirib.